Suriya Rusiyanın təklifi ilə razılaşdı və Türkiyəni ittiham etdi

img

10-09-2013 [18:29]


Moskvada görüşlər keçirən Suriyanın xarici işlər naziri Valid Muallis Rusiyanın kimyəvi silahların beynəlxalq ictimaiyyətin nəzarətinə verilməsi ilə bağlı təklifini açıqlayıb. 

Musavat.com-un Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, suryalı nazir bu açılamanı Rusiya Dövlət Dumasının aşağı palatasının spikeri Sergey Narışkinlə görüşdə verib. 

Valid Muallim Türkiyənin ünvanına da ittihamlar səsləndirib. Onun sözlərinə görə, terrorçular Türkiyədə silahlandırılır və təlim keçir: "Bunların arasında Çeçenistan Şimali Qafqazdan gələn terrorçular var. Türkiyə 83 ölkədən gələn terrorçuların təliminə yardım edir. Suriya ilə arasında tarixi dostluq əlaqələrinə baxmayaraq, Türkiyə qarşı tərəfdədir və düşmən mövqeyi nümayiş etdirir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA