“Uşaqlığın son gecəsi”nin "Zaur"u evində ölü tapıldı - Aktyor acınacaqlı halda yaşayırmış...

img

13-12-2019 [19:27]


Tanınmış aktyor, "Uşaqlığın son gecəsi” filmində rol almış Atakişiyev Qorxmaz Ələkbər oğlu vəfat edib.

Mia.az xəbər verir ki, "Oxu.Az"-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Aktyorun meyiti Nərimanov rayonunda yaşadığı mənzildə aşkar edilib. İlkin məlumatlara əsasən, Qorxmaz Atakişiyevin ölümü meyitinin tapılmasından üç gün əvvəl baş verib. Sənətçi tək-tənha və acınacaqlı vəziyyətdə yaşayıb.

Məlumata əsasən, Q.Atakişiyevin bir oğlu və qızı var, lakin övladlarının ataları ilə münasibətləri qaydasında olmayıb.

Xatırladaq ki, Qorxmaz Atakişiyev "Uşaqlığın son gecəsi” filmində Zaur obrazının canlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR