Bakıda 90 yaşlı qadına qarşı quldurluq: keçmiş məhkum tutuldu + FOTO

img

12-12-2019 [14:10]


Xətai rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib. 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata göörə, hadisə dekabrın 10-u saat 13 radələrində baş verib. 

Naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən qadın hadisədən sonra huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib.

Qeyd edilən quldurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev saxlanılıb. O, ifadəsində hadisəni tamah məqsədi ilə törətdiyini bildirib.

Faktla bağlı Akif Məmiyev barəsindəXətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.
Digər xəbərlər
SON XƏBƏRLƏR