Rusiya Almaniyanın iki diplomatına vaxt qoydu: “Ölkəni tərk edin"

img

12-12-2019 [13:52]


Almaniyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, səfir Almaniyanın dekabrın 4-də iki Rusiya diplomatını "arzuolunmaz şəxs” elan etməsinə etiraz olaraq XİN-ə dəvət olunub.

Rusiya Almaniyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "arzuolunmaz şəxs” elan edib. Onlardan bir həftə ərzində ölkəni tərk etmələri tələb olunub.

Qeyd edək ki, dekabrın 4-də Almaniya XİN Rusiyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "persona non grata” elan edib. Buna səbəb avqustun 23-də Berlində çeçen əsilli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvilinin qətlə yetirilməsidir. Berlin polisi qətli törətməkdə şübhəli bilinən şəxsin 49 yaşlı Rusiya vətəndaşı olduğunu açıqlayıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR