"Problem İstanbulda müzakirə olunacaq" - Səfər Mehdiyev "İhaneti effetmeyen kadın" kitabını ölkəyə niyə buraxmayıb?

img

11-12-2019 [20:55]


Dövlət Kömrük Komitəsinin azərbaycanlı yazarın Türkiyədə yayımlanan romanını ölkəmizə buraxmaması ilə bağlı məsələ böyüyür.

Bu barədə Mia.az-a kitabın müəllifi Telman Bayramoğlu məlumat verib.

O bildirib ki, müəllifi olduğu "İhaneti effetmeyen kadın" kitabının 20 ədədi 2 ay ərzində gömrükdə girov saxlanlıb. Daha sonra isə heç bir səbəb  göstərilmədən ölkəyə buraxılmayıb: 

"Buradakı dostlar üçün gətirdiyim 20 ədəd kitabımın ölkəmizə girişinə heç bir səbəb göstərilmədən icazə verilmədi. Elə gəldiyi kimi də, geri qaytarıldı. 

Sözsüz ki, Gömrük Komitəsi tərəfindən üzləşdiyim özbaşınalıq və qanunsuzluqlarla bağlı mübarizəm davam edəcək. Onların diqqətinə çatdırıram ki, bu məsələ gələn il İstanbulda keciriləcək Beynəlxalq Kitab sərgisində dünyanın aparıcı informasiya vasitələrinin də diqqətinə çatdırılacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR