AŞPA Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək

img

11-12-2019 [17:47]


Avropa Şurası Parlament Assambleyası (AŞPA) fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.  

Bu barədə "Report”un Fransa bürosuna AŞPA-nın Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəçisi Stefan Şenak məlumat verib.

Onun sözlərinə görə, dekabrın 14-də AŞPA-da müşahidəçilərdən ibarət komissiya yaradılacaq və tərkibi təsdiq ediləcək: "Müşahidəçilərin sayı 30-dan çox olacaq".
Digər xəbərlər
SON XƏBƏRLƏR