Azərbaycan millisinin voleybolçusu Polşadan deportasiya edilə bilər

img

11-12-2019 [15:15]


Polşanın "Radomka” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Marqarita Əzizova işçi vizası ilə bağlı problemlə üzləşib.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev bildirib. 

Onun sözlərinə görə, bu səbəbdən 26 yaşlı idmançını Polşadan deportasiya etmək istəyirlər.

AVF məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə və Polşa Voleybol Federasiyasına məktubla müraciət edib.

Qeyd edək ki, ötən mövsüm Polşanın "Pila” klubunun formasını geyinən Əzizova bu yay "Radomka”ya keçib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA