Qurban Qurbanov: "Avropa Liqasını yaxşı nəticə ilə başa vurmaq istəyirik"

img

11-12-2019 [13:52]


"Bu bizim Avropa Liqasında son oyunumuzdur. Matça maraq azdır. Hər oyuna ciddi hazırlaşırıq. Yaxşı çıxış etmək istəyirik. Normal nəticə ilə turniri başa vurmaq istəyirik".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq "Düdelanj"ı ilə qarşılaşmadan öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, azarkeşlərin az olmaq ehtimalı komandanın motivasiyasına da təsir edir: "Oyundan əvvəl futbolçulara bir az sərbəstlik vermişəm. Tanıdığımız rəqibdir". 

Qurbanov hər oyuna tam heyətlə hazırlaşmaq istədiklərini bildirib: "Xayme Romero komanda ilə birlikdə məşq edir. Əsas heyətə düşmək ehtimalı azdır. Əvvəlki matçlarda müqayisədə oyunçuların durumu yaxşıdır. Ən azı ilin sonunda istirahət edə biləcəklər. Bizim sabahkı oyunda üstünlüyümüz ondan ibarətdir ki, öz meydanımızda çıxış edirik. Rəqib ilk oyundakı nəticəyə görə daha yaxşı hazırlaşacaq". 

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək.
Digər xəbərlər
SON XƏBƏRLƏR