Baş Nazirə Nobel mükafatı verildi - Səbəblər açıqlandı

img

10-12-2019 [19:41]


Bu gün Oslo Şəhər Ratuşasında Efiopiyanın Baş Naziri Abiy Əhməd Əliyə 2019-cu il üzrə Nobel Sülh mükafatının təqdim olunması ilə əlaqədar təntənəli mərasim keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Norveç Kralı V Harald, həmçinin Kral ailəsinin üzvləri, ölkənin Baş Naziri, hökumətin və Ali Məhkəmənin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen deyib: "Cənab Baş Nazir, bugünkü mükafat Sizə üç böyük müvəffəqiyyətə – Efiopiya ilə Eritreya arasında sülhün əldə olunmasında həlledici rolunuza, ölkənizdə vətəndaş azadlıqlarını və inkişaf edən institutları gücləndirməklə demokratiya qurmaq istiqamətində səylərinizə, Şərqi və Şimal-Şərqi Afrikada sülh proseslərinə verdiyiniz töhfələrə görə təqdim edilir”.

Efiopiyanın Baş Naziri Abiy Əhməd Əli çıxış edərək bildirib: "Efiopiya ilə Eritreya arasındakı sərhəd mübahisəsinin sülh yolu ilə həllinə töhfəmi yüksək qiymətləndirdiyinə və təşviq etdiyinə görə Norveç Nobel Komitəsinə dərin təşəkkürümü bildirirəm. Bu mükafatı efiopiyalılar və eritreyalılar, xüsusilə də sülh yolunda canını qurban verənlər adından qəbul edirəm. Həmçinin buna görə Eritreya prezidenti, yaxın tərəfdaşım və dostum İsaias Afverkiyə minnətdarlığımı bildirirəm. Onun xoş niyyəti, etimadı və sadiqliyi ölkələrimiz arasında 20 ildən çox davam edən böhranın sona çatmasına mühüm töhfə verdi”.
Digər xəbərlər
SON XƏBƏRLƏR