Elmar Məmmədyarov Latviyaya rəsmi səfər edəcək

img

10-12-2019 [17:24]


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfər edəcək.

"Report" Latviyanın Azərbaycandakı səfirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, E.Məmmədyarov adıçəkilən ölkəyə dekabrın 12-13-də səfər edəcək.

Səfər zamanı o, Latviyanın prezidenti Eqils Levits, xarici işlər naziri Edqars Rinkeviçs, Seym (Latviya parlamenti) sədri İnara Murnietse və müdafiə naziri Artis Pabriks ilə görüşəcək.
Digər xəbərlər
SON XƏBƏRLƏR