Prezident İlham Əliyev Keniyanın dövlət başçısını təbrik edib

img

10-12-2019 [16:40]


Prezident İlham Əliyev Keniyanın dövlət başçısı Uhuru Kenyattaya təbrik məktubu göndərib. 

Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".
Digər xəbərlər
SON XƏBƏRLƏR