Daha bir sayt fəaliyyətə başladı: "7-gun.com kəmiyyətə deyil, keyfiyyətə üstünlük verəcək"

img

10-12-2019 [14:42]


Bu gündən internet məkanında yeni informasiya və analitika portalı 7-gun.com fəaliyyətə başlayıb.

Saytın baş redaktoru Elxan Qənbərli Mia.az-a portalın məram və məqsədləri  haqqında məlumat verib:

"Kəmiyyət deyil, keyfiyyət üzərindən uğur qazanmaq əzmindəyik. Hazırda elektron informasiya efirində internet resurslarının sayı sürətlə artır və rəqabət  çox böyükdür. Bununla belə, ciddi jurnalistika ilə məşğul olan,  tərəddüdsüz etibar edilən, güvənilən və informasiya siyasətini maarifçilik üzərində qurmuş saytlar azdır.    7-gun.com məhz bu səbəbdən korporativ maraqlar naminə ucuz sensasiya və "sarı” xəbər formatından imtina etməyi düşünür. Kəmiyyət deyil,  keyfiyyət kateqoriyası əsasında cəmiyyət üçün zəruri və  faydalı informasiya  istehsalına, yayımına üstünlük verəcəyik". 

Digər xəbərlər
SON XƏBƏRLƏR