“Qarabağ” - “Düdelanj” oyununu bu hakimlər idarə edəcək - Adları açıqlandı

img

10-12-2019 [14:01]


UEFA Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Bakıda "Qarabağ” və Lüksemburqun "Düdelanj” komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.

Mia.az xəbəri verir ki, matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakim Kristo Tohver olacaq. Silver Koiv və Sten Klaasen yan xətt hakimi qismində təyinat alıblar. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək. 
Digər xəbərlər
SON XƏBƏRLƏR