DYP-nin sahə rəisi bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

img

09-12-2019 [15:38]


Azərbaycanda polis rəisi bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb.

"Report”un əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) "Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Cəlilabad istismar səhəsinin rəisi Hüseynağa Hüseynov 68 saylı Cəlilabad kənd seçki dairəsi (Alar kəndi) üzrə bələdiyyə üzvlüyünə namizədliyini verib.

1958-ci il təvəllüdlü H.Hüseynov bitərəf olaraq öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

DİN-in Mətbuat Xidməti məsələni şərh etməyib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
Digər xəbərlər
SON XƏBƏRLƏR