Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb

img

09-12-2019 [12:13]


"Bakı şəhərinin inkişafı sistemli şəkildə həyata keçirilməlidir”.

Bunu Bakıda keçirilən "Kreativ Azərbaycan” portalının təqdimatında və "Yaradıcı və mədəniyyət sənayeləri: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirələrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, bu məsələ paytaxtın yeni hazırlanan Baş Planında öz əksini tapıb: "Həmin sənəddə çoxmərkəzli yanaşma təklif olunur, həmçinin ətraf mühitin mühafizəsi, strateji layihələrlə bağlı məsələlər var. Belə ki, yaradıcı klasterlərin formalaşdırılması öz əksini tapıb”. 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA