Xırdalanda üçmərtəbəli binada yanğınla nəticələnən partlayış oldu - Xəsarət alan var

img

09-12-2019 [11:46]


Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.
 
FHN-dən Mia.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. 
 
Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. 
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Digər xəbərlər
SON XƏBƏRLƏR