Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası Rusiyada keçiriləcək

img

09-12-2019 [11:08]


"Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası İranda keçirilməyəcək".

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

"İran texniki məsələlərlə bağlı növbəti iclası keçirə bilmədi. Görüşün Rusiyada keçiriləcəyi barədə razılığa gəldik. Hazırda hazırlıq işləri davam edir", - o deyib.

Xatırladaq ki, Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası bu ilin fevralında Bakıda keçirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA