Diplomatın maşını yandı - Bakıda

img

09-12-2019 [10:45]


Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb.

Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Mirani idarə etdiyi İraq Səfirliyinə məxsus "Volkswagen-Passat" markalı 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

 Faktla bağlı araşdırma aparılır/APA.
Digər xəbərlər
SON XƏBƏRLƏR