08-12-2019 [19:08]
"İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardım göstərilməsi” layihəsi çərçivəsində hazıanmış hesabatı təqdim edib.
Mia.az xəbər verir ki, "Dövlət satınalmalarında şəffaflıq” adlı hesabat layihə çərçivəsində keçirilən dəyirmi masada təqdim olunub.
Dəyirmi masanın moderatoru, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev dövlət satınalmalarında şəffaflıq və hesabatlıqla bağlı problemlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda dövlət satınalmalarında ciddi islahatlara ehtiyac var: "KİV-də, müxtəlif tədqiqatlarda, həmçinin bu hesabatda dövlət satınalmalarında müşahidə olunan nöqsanlar barədə çoxsaylı faktlar öz əksini tapır. Bu sahədə qanunvericiliyin tələblərinə əməl olunmur, rəqəmlər şişirdilir, tenderlər, kotirovka sorğuları formal keçirilir və formal şirkətlər yaradılır, onlar zəruri olan tender iştirakçısı sayını təmin edirlər, sonda əksər hallarda satınalma subyektinin əvvəlcədən müəyyən etdiyi, yaxud razılaşdığı şirkət qalib olunur".
Platforma koordinatoru bildirib ki, bu sahədə şəffaflığın təmin edilməsi çox mühüm bir vəzifə kimi qarşıda durur, ölkə rəhbərliyi tərəfindən də bu nöqsanlar açıq şəkildə qeyd edilib. Ə.Nuriyev bu layihə çərçivəsində hazırlanan təkliflərin hökumət təqdim ediləcəyini də vurğulayıb.
Hesabatı təqdim edən layihə eksperti Sahib Məmmədov bildirib ki, hazırda elektron satınalma modelinə keçidi, dövlət satınalmalarının effektiv planlaşdırılması və icrasını nəzərdə tutur: "Bununla belə ötən dövr ərzində dövlət satınalmaları üçün nəzərdə tutulan prosedurlara əməl olunması və şəffaflığın təmin olunması ilə bağlı mövcud problemlərin tam həll olunmasını qeyd etmək mümkün deyildir. Ən ciddi problemlərdən biri kimi Azərbaycan qanunvericiliyində elektron tenderdən istifadə ilə bağlı dövlət qurumlarına hər hansı məcburedici normanın olmamasıdır. Həmçinin tenderlərlə bağlı "məlumat axtarış” imkanı məhdud səviyyədə olduğunu qeyd edir. Bu hesabat hazırlanarkən internet portalında axtarış sisteminin qüsurlu olması müşahidə olundu. Bu isə istifadəçilərə istənilən məlumatı dərhal əldə etmək imkanı vermir və əldə edilməli məlumatın axtarılmasına çox vaxtın sərf olunmasına gətirir".
Ekspert konkret numunələrlə 10 manat nizamnamə kapitalı olan bir yeni kommersiya qurumuna müxtəlif təyinatlı xidmətlərin göstərilməsi üçün bir neçə ay ərzində on milyonlarla manat vəsaitin (tenderin qalibi olaraq) ayrılmasını göstərib və bunun qanunvericiliyin tələblərinə zidd olması və bu müqavilələrin şübhəli göründüyünü bildirib.
S.Məmmədov İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı dövlət satınalmaları ilə bağlı standart və tövsiyyələrini yerli parktika ilə müqayisəli şəkildə təqdim edib.
Sonda layihə eksperti təklifləri diqqətə çatıdırıb.
Qeyd edək ki, layihə çərçivəsində "Dövlət satınalmaları haqqında!” qanun da təhlil edilib və boşluqların aradan qaldırılması üşün təkliflər hazırlanıb.
Tədbir iştirakçıları öz fikirlərini və təkliflərini qeyd ediblər. Bu təkliflər nəzərə alınmaqla "Dövlət satınalmalarında şəffaflıq” adlı hesabat Azərbaycan Açıq Hökumət Platformasının saytında yerləşdirilib.
Hesabatla aşağldakı link vasitəsilə tanış olmaq mümkündür:
http://ogp.org.az/az/wp-content/uploads/2019/12/D%C3%B6vl%C9%99t-sat%C4%B1nalmalar%C4%B1nda-%C5%9F%C9%99ffafl%C4%B1q_REV%C4%B0SED.pdf?fbclid=IwAR2o9VK6FB7OZAOG9s_PxkSerQTg_aswhVyNLvW98LhJonyCnTMtr251F3g
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR