Daxili İşlər Naziriyinin əməkdaşları 11400 ədəd şam və küknar ağacı əkiblər

img

06-12-2019 [17:51]


Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Naziriyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dekabrın 6-da respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt Bakı da daxil olmaqla ölkənin digər şəhər və rayonlarında ümumilikdə 11 400 ədəd şam və küknar ağacı əkilib.

Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb. 
Digər xəbərlər
SON XƏBƏRLƏR