Hacı Əliyev növbəti Avropa çempionatında iştirak etməyəcək

img

06-12-2019 [17:27]


Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev 2020-ci il Avropa çempionatında iştirak etməyəcək.

Bu barədə "Report"a 28 yaşlı idmançının özü məlumat verib. 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu qərarını 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə daha ciddi hazırlaşmaq istəyi ilə əlaqələndirib: "Məşqçilər heyətimizin Avropa çempionatında 65 kq çəkidə Turan Bayramov və ya Əli Rəhimzadəyə şans verəcəklərini düşünürəm. Mənim isə hədəfim lisenziya yarışına getmək, oradan isə olimpiadaya sağ-salamat yola düşməkdir".

Qeyd edək ki, Avropa çempionatı 10 - 16 fevralda İtaliyanın paytaxtı Romada keçiriləcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə, Dünya Təsnifat Turniri isə 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada olacaq. 
Digər xəbərlər
SON XƏBƏRLƏR