OPEC+ ölkələri neft hasilatında azalmanı müzakirə edəcək

img

06-12-2019 [16:25]


OPEC+ ölkələri hazırkı saziş çərçivəsində 2020-ci ilin birinci rübündə neft hasilatında proporsional şəkildə əlavə azalma məsələsini müzakirə edəcək.

"Report”un "İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bunu müzakirələrdə iştirak edən nümayəndə heyətinin üzvlərindən biri jurnalistlərə açıqlamasında bildirib.

"Bu gün OPEC-in dünən qəbul olunmuş neft hasilatının əlavə azaldılması ilə bağlı qərarı müzakirə ediləcək. Hər bir ölkənin mövqeyini soruşacaqlar", - deyə o bildirib.

"Düşünürəm ki, bu qərar proporsional olacaq", - deyə o, müvafiq suala cavab verərkən bildirib. 

Qeyd edək ki, bu gün Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşü keçirilir.

2018-ci ilin dekabrın 7-də "OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR