Azərbaycan gimnastları Rusiyada 7 medal qazanıblar

img

06-12-2019 [15:52]


Azərbaycanın kişilərdən ibarət idman gimnastikası üzrə milli komandası Rusiyanın Obninsk şəhərində Larisa Latinina adına beynəlxalq turnirdə 8 medal qazanıb.

Səməd Məmmədli halqalar və turnikdə bütün rəqiblərini üstələyərək 1-ci olub. O, dayaqlı tullanma alətində çıxışına görə 3-cü yerdə qərarlaşıb. Rəsul Əhmədzadə isə sərbəst hərəkətlərdə 3-cü olub.

Böyüklərin yarışında ən yaxşı nəticəni Cavidan Babayev göstərib. O, halqalarda 2-ci, sərbəst hərəkətlərdə isə 3-cü olub. Sərvər Əliyev paralel qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.

Azərbaycan millisi komanda hesabında 3-cü olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA