FIFA-nın "Çelsi"yə tətbiq etdiyi transfer qadağası ləğv olunub

img

06-12-2019 [15:46]


FIFA-nın İngiltərənin "Çelsi" klubuna tətbiq etdiyi transfer qadağası ləğv olunub.

Bu barədə İdman Arbitraj Məhkəməsi (CAS)  qərar çıxarıb. London təmsilçisinin şikayətinə baxan CAS cəzanı ləğv edib. "Çelsi" qış transfer pəncərəsi dövründə yeni futbolçu qeydiyyatdan keçirə biləcək.

Qeyd edək ki, FIFA bu ilin fevralında "Çelsi"yə 2019-2020 mövsümünün sonunadək transfer qadağası qoyub. "Zadəganlar" yetkinlik yaşına çatmayan 29 oyunçu transfer etdiyi üçün cəzaya məruz qalıb/Report. 
Digər xəbərlər
SON XƏBƏRLƏR