Azərbaycanın FIFA referilərinin sayı azalıb - SİYAHI

img

06-12-2019 [14:09]


2020-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı açıqlanıb. 

2019-cu illə müqayisədə, yeni siyahıda Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək hakimlərin sayı azalıb. Referi köməkçilərindən Yaşar Abbasov və Rza Məmmədovun adları çıxarılıb. Onları Elşad Abdullayev və Pərvin Talıbov əvəzləyib.

Futzalda yalnız Hikmət Qafarlı mövqeyini qoruduğu halda, Yusif Nurullayevlə Ramil Namazov statusunu itirib. Çimərlik futbolunda Əli Cəbrayılov və Sədaqət Vəliyeva kənarlaşdırılıb. Əvəzində Nail Nağıyevə etimad göstərilib.

Qadın referilərinin də sayı azalıb. Səbayel Kuzutürk siyahıdan çıxarılıb. Qadın referi köməkçilərindən isə Gülyana Özcan, Xəyalə Əzizzadə və Aybəniz Əsgərzadə 2020-ci ildə beynəlxalq matçlara təyinat almayacaqlar.

Beləliklə, Azərbaycanın 10 ədalət təmsilçisi FIFA dərəcəli hakim statusunu itirib, 3 nəfər siyahıya əlavə olunub. Bu isə o deməkdir ki, Azərbaycan təmsilçilərinin sayı 21-dən 14-ə düşüb.

Referilər

Ağayev Əliyar

Həsənov Rəhim

Cabarov Rauf

Referi köməkçiləri

Əmirəli Akif

Zeynalov Zeynal

Hüseynov Namik

Haşımov Mübariz

Abdullayev Elşad

Talıbov Pərvin

Futzal

Qafarlı Hikmət

Çimərlik futbolu

Məmmədov İnqilab

Nağıyev Nail

Qadın referi

Qurbanova Yuliya

Qadın referi köməkçisi

Əkbərzadə Gülnurə

Report
Digər xəbərlər
SON XƏBƏRLƏR
13:43 28.02.2020

Martda hava necə olacaq?