Orta məktəblərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək - Əli Əsədovdan qərar

img

05-12-2019 [21:34]


Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə” qərar qəbul edib.

Mia.az xəbər verir ki, qərara əsasən, dövlət ümumi təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət ümumi təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında "həyəcan” düyməsi ilə təmin ediləcək.

Maliyyə Nazirliyi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə razılaşdırmaqla, dövlət ümumi təhsil müəssisələrinin "həyəcan” düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019-cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün Azərbaycan Respublikasının dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etməlidir.
Digər xəbərlər
SON XƏBƏRLƏR