HÖKUMƏTDƏ DAHA İKİ DƏYİŞİKLİK - Əli Əsədovdan yeni təyinatlar

img

05-12-2019 [17:10]


Nazirlər Kabinetində yeni təyinatlar olub.
 
Mia.az xəbər verir ki, bu təyinatlar haqda hökumətin sözçüsü İbrahim Məmmədov məlumat yayıb.
 
Bildirilib ki, Baş Nazirin sərəncamı ilə Fəxri Yaşar oğlu İsmayılov Baş Nazirin köməkçisi təyin edilib.
 
Bundan əlavə, Əli Əsədov digər sərəncamı ilə Feyruz Rəvayət oğlu Mustafayev Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
 
Xatırladaq ki, Baş Nazirin köməkçisi Əlsəgər Ələsgərov ötən gün Baş Katibliyin rəisi təyin edildiyindən, adıçəkilən vəzifə vakant idi.
 
Mia.az
 

Digər xəbərlər
SON XƏBƏRLƏR