Şenol Güneş Bakı Olimpiya Stionunda olub

img

05-12-2019 [16:58]


Bakıda səfərdə olan futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakı Olimpiya Stionunda (BOS) olub. 

67 yaşlı mütəxəssis gələn il hazırlıq prosesi və stadionun vəziyyəti ilə maraqlanıb. 

Stadionda təlim məşq toplantısı keçən gənc futbolçularla və əməliyyat komitəsinin üzvləri ilə görüşən məşqçi oyunçulara uğurlar arzulayıb və BOS-u ev stadionu kimi gördüyünü qeyd edib. 

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.
Digər xəbərlər
SON XƏBƏRLƏR
13:43 28.02.2020

Martda hava necə olacaq?