"Erməni həmkarımla 3,5 saat ərzində ciddi və çətin danışıqlar oldu" - Məmmədyarovdan ilk açıqlama

img

05-12-2019 [16:35]


"Dağlıq Qarabağ münaqişəsinin həllində ilk addım Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən - Dağlıq Qarabağ bölgəsindən dərhal çıxarılması olmalıdır".

Bunu Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

"Ölkəmin mövqeyi dəyişməz olaraq qalır... Dünən erməni həmkarımla 3,5 saat müzakirə apardıq. Deyə bilərəm ki, ciddi və çətin danışıqlar oldu. Təəssüf ki, hələ də həll edilməmiş məsələlər qalır", - deyə E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa ilə danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə addım-addım nail olmaq məsələsini müzakirə ediblər/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR