Ukrayna XİN: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

img

05-12-2019 [16:02]


Ukrayna böhranının həlli ATƏT ölkələrinin ərazisində mövcud olan uzunmüddətli münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə yol aça bilər.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Vadim Pristayko Bratislavada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

"Yaxın günlərdə Parisdə Norman sammiti çərçivəsində Avropadakı ən böyük münaqişənin həllinə nail olmağa çalışacağıq. Ümid edirik ki, bu istiqamətdə əldə olunacaq irəliləyiş yalnız Ukraynada deyil, həm də Gürcüstan, Moldova və Azərbaycanda həlli uzanan münaqişələrin sülh yolu və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə tam hörmət edilməsi ilə nizamlanmasına yol aça bilər", - V.Pristayko deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR