Şenol Güneş Bakıya gəlib - FOTO

img

05-12-2019 [15:20]


Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib.

Bu barədə "Qarabağ” Futbol Akademiyasının koordinatoru Tacettin Doğan "Twitter” hesabında paylaşım edib.

67 yaşlı mütəxəssis AVRO-2020-nin oyunları üçün otel və təlim-məşq bazası seçimi ilə bağlı Azərbaycana səfər edib. O, Tofiq Bəhramov adına Respublika stadionunda olub.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA