Mədət Quliyev generalı özünə müşavir təyin etdi - Nazirlikdə yeni təyinat

img

05-12-2019 [13:21]


Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.

Xəbəri Müdafiə Sənayesi nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, bu ilin oktyabr ayında ehtiyata buraxılan general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR