Ağdamda iki həmkəndli arasında insident: 31 yaşlı kişi güllələndi

img

05-12-2019 [11:22]


Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb.

Ağdam rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, rayon ərazisində Orxan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla 1956-cı il təvəllüdlü Cəbrayıl İsmayılovun 1988-ci il təvəllüdlü Orxan Məmmədova lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. C.İsmayılov şübhəli şəxs qismində tulularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

***

Ağdam rayonunda iki kəndli arasında mübahisə xəsarətlə yekunlaşıb.

Hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb

Mübahisə nəticəsində kənd sakini 31 yaşlı Orxan Məmmədov həmkəndlisi Cəbrayıl İsmayılov tərəfindən odlu silahla güllələnib. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Mübahisənin borc üstündə düşdüyü bildirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır/Report.



***
Digər xəbərlər
SON XƏBƏRLƏR