Avtobus sürücüsünün sərnişini döyməsi ilə bağlı araşdırma aparılır

img

05-12-2019 [11:03]


Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır.

Qurumun mətbuat katibi Mais Ağayev "Report”a bildirib ki, həmin marşrut xətti üzrə daşıyıcı - "Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb.

Hadisə ilə bağlı onda izahat tələb olunub.

"Ümumiyyətlə, bildirim ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Eyni zamanda qeyd edim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürək açan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə, onunla bağlanan müqaviləyə xitam veriləcək”,- M.Ağayev qeyd edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR