"Zirə" və "Sabah" Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıblar

img

04-12-2019 [17:29]


Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsində  "Sabah” I Divizionda yarışan "Qaradağ Lökbatan”ı 5 cavabsız qolla məğlub edib.

Matçda hesabı 29-cu dəqiqədə penaltidən Ulis Diallo açıb. Məhəmməd Mirzəbəyov 61-ci, Arsen Ağcabəyov 70-ci dəqiqədə fərqlənib. Rocer Roxas isə 82-ci və 90+3-cü dəqiqələrdə dubl edib.

"Sabah” 1/4 finalda yarışın sonuncu qalibi "Qəbələ” ilə üz-üzə gələcək. Əyalət təmsilçisinin meydan sahibi olacağı ilk matç 15/16 dekabrda, cavab görüşü isə 19/20 dekabrda keçiriləcək.

Qeyd edək ki, ötən gün "Kəpəz”i 3:1 hesabı ilə üstələyən "Keşlə” 1/4 finalda "Qarabağ”a rəqib olub. Bu gün isə "Qaradağ Lökbatan”ı 4 cavabsız qolla udan "Zirə” isə "Səbail” ilə görüşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR