Gəncədə 2 nəfərdə külli miqdarda narkotik vasitə aşkarlanıb

img

04-12-2019 [14:45]


Gəncədə 2 nəfərdə külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə  Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Gəncə şəhərinin ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – A.Əliyevdən və E.Əhmədovdan 132 qrama yaxın heroin və 16 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
SON XƏBƏRLƏR