Ukrayna və Rusiya arasında neft tranzitinə dair 10 illik müqavilə imzalanıb

img

03-12-2019 [18:54]


Ukraynanın "Ukrtansnafta” və Rusiyanın "Transneft” şirkətləri arasında 10 il müddətinə Ukraynaya neftin ixracına dair müqavilə imzalanıb.

Bu barədə "Ukrtansnafta”nın "Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, iki şirkət arasında imzalanan müqavilənin təməl şərtləri dəyişməz olaraq qalır.

"3 dekabrda "Ukrtransnafta” və "Transneft” şirkətləri arasında Ukrayna ərazisinə neft ixracı ilə bağlı əlavə müqavilə imzalanıb. Daha 10 il müddətinə uzadılan müqaviləyə əsasən neft ixracı 1 yanvar 2020-ci ildən 1 yanvar 2030-cu ilə qədər qüvvədə olacaq”, - deyə məlumatda qeyd olunub.

Sənəd Xorvatiyanın Zaqreb şəhərində baş tutan enerji konfransı çərçivəsində imzalanıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR