"Həsən Həsənov ənam qazanmaq istəyirdi?!" - "Xalq" və "Respublika" qəzetləri arasında qalmaqal + Açıqlama

img

28-11-2019 [15:01]


"Xalq" və "Respublika" qəzetlərinin rəhbərliyi arasında qalmaqal yaşanıb.

Bu barədə "Respublika” qəzetinin yaydığı məlumatda deyilir:
 
""Xalq qəzeti”nin yüzillik yubileyi barədə sorğu-sual edənlər haqlı olaraq soruşurlar ki, qəzetin manşetində "Qəzet 1919-cu ildən nəşr edilir” yazıldığı halda, siz nə üçün bu yubileyin keçirilməsinə etiraz etmisiniz?

Nəzərinizə çatdırım ki, milli mətbuat aləmində "Xalq qəzeti”nin nəşri tarixi 1991-ci ildən başlayır. Əməkdar jurnalist, tarixçi, baş redaktor Həsən Həsənov inad göstərib bu 28 yaşlı, müstəqillik dövrünün yetirməsi "Xalq qəzeti”ni "respublikanın ən qocaman qəzeti” adlandırıb, onun yüzillik yubileyini keçirib ənam qazanmaq istəyirdi? İctimaiyyəti də bu işə cəlb etmişdi. 2019-cu il avqust ayında canfəşanlıqla səhifə-səhifə yubiley şənliyi - "şou” keçirirdi.

Onun yalan marafonu ayaq tutsa da, qarşısı alındı.

İndi əməkdar jurnalist, tarixçi, baş redaktor Həsən Həsənov bədnamçılıqdan nəticə çıxarmayıb. Məcnun Leylinin dəlisi olan kimi, bu da Xalq Cümhuriyyəti dövründə — 1919-cu ildə ilk nömrəsi müsadirə olunan "Kommunist” qəzetinin tarixini və 75 illik yubileyini (28 yaşlı) "Xalq qəzeti”nin adına çıxıb - yenə kəmfürsətlilik etmək, gələcəkdə yubiley "şou”su keçirmək niyyətindədir.

Güman edirəm ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun diqqətini çəksə, "Xalq qəzeti”nin manşetinə — ilk səhifəsinə başlığın altında yazılan "Qəzet 1919-cu ildən nəşr edilir” ağ yalanına icazə verməz. Beləliklə, "Xalq qəzeti” biabırçılıqdan xilas olar.

Hümmət edin, baş redaktoru qəflətdən ayıldın!” 


Pravda.az
Digər xəbərlər
SON XƏBƏRLƏR