"RabitəBank"ın müflis elan olunmuş bankdan “oğurluq” edib? – FOTO

img

27-11-2019 [21:35]


Ötən günlərdə loqosunu dəyişən "Rabitə Bank" lisenziyası ləğv edilmiş bankın loqosunu mənimsəyib

"Yeni Sabah” xəbər verir ki, uzun illərdən sonra loqosunu dəyişən "Rabitə Bank" lisenziyası ləğv edilmiş "Dəmir Bank"ın loqosunu "oğurlayıb". 

Bundan başqa sözügedən bank mənimsədiyi loqonun hətta rəngini belə dəyişməyib. Sadəcə loqonun ətrafındakı dairəni götürməklə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən "DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla ləğv prosesində olan "DəmirBank” ASC-yə  Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR