Çempionlar Liqası: “Qalatasaray” - “Brügge” oyunu 2 qol, 2 qırmızı kartla bitdi

img

26-11-2019 [23:50]


Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarına start verilib.

Mia.az Türkiyənin "Qalatasaray” klubu bu dəfə doğma meydanda "Brügge” ilə oynayıb.

11-ci dəqiqədə "Aslan"lar hesabı açsalar da, 90-cı dəqiqədə qonaqlar hesaba tarazlıq gətiriblər - 1-1.

Bu qoldan sonra qonaqların 2 oyunçusu meydandan qırmızı kartla qovulub.

Oyun bu hesabla başa çatıb və "Qalatasaray" 2 xalla sonuncu pillədə qalıb.

A qrupunun digər matçında isə Madrid "Real”ı PSJ ilə üz-üzə gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR