Məhkəmə "Bu şəhərdə"nin ssenaristinin qalmaqallı mənizli ilə bağlı qərar verdi

img

25-11-2019 [16:00]


"Bu şəhərdə" komandasının ssenaristi Müşviq Abbasovun evi ilə bağlı növbəti məhkəmə prosesi baş tutub.

Ssenarist bildirib ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib:

"Ədalətli qərar verildi,  Apellyasiya Məhkəməsinin qərarı ləğv olundu və yenidən baxılmağa göndərildi. Növbəti məhkəmə nə vaxt olacaq bilmirəm".

Müşviq növbəti məhkəmə iclasında ədalətli qərar veriləcəyinə, evinin onda qalacağına inandığını söyləyib:

"Dövlətin mənə verdiyi sənəd var, bunu yetərsiz hesab etmək olmaz. İnanıram ki, növbəti məhkəmə iclasında iş mənim xeyrimə bitəcək. başqa yolu yoxdur, həqiqət öz yerini tapacaq".

Qeyd edək ki, M.Abbasovun illər əvvəl aldığı 145 min dollarlıq evini sahibi əlindən almağa çalışıb. "Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3-il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib. Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar" deyə, o, söyləmişdi/Axsam.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR