"Azəriqaz"ın işçilərinin maaşları niyə verilmir? - Komitə sədrindən Vitse-prezidentlə Baş direktora ismarıc

img

24-11-2019 [12:29]


"Azəriqaz İB-nin Baş direktoru Ruslan Əliyevlə SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanovun diqqətinə xatırlatmaq düşər ki, Əmək Məcəlləsini pozaraq əksər işçilərinizin oktyabr ayının əmək haqqını hələ də ödəməyibsiniz. Bu isə ölkədə aparılan sosial siyasətə və ölkə başçısının may ayında "Azəriqaz"la əlaqədar verilən tapşırığına ziddir".

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.

O bildirib ki, "Azəriqaz"ın Baş direktorunu məmnuniyyətlə məhkəməyə verərdi: "Ruslan Əliyevin  nəzərinə çatdırım ki, strukturlarına daxil olan Təmir Tikinti idarəsi, Bakı Regional Qaz İstisamar Sahəsi və sair sahələrin işçiləri oktyabr ayının maaşını hələ də almayıblar.



MİRVARİ QƏHRƏMANLI

Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

ARƏM Maddə 178. 1-ci maddəsinə əsasən isə, işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR