Sabiq prezidentin oğlu qətlə yetirildi - Mühazirə oxuyarkən qəfil hücum və...

img

20-11-2019 [11:26]


Almaniyanın sabiq prezidenti Rixard von Vaytszekkerin oğlu Fritz von Vaytszekker bıçaqlanaraq qətlə yetirilib.

APA-nın "Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, Fritz von Vaytszekker Berlin xəstəxanasında mühazirə oxuyarkən bıçaqlanıb.

Polisin yaydığı məlumata görə, sabiq prezidentin 59 yaşlı oğlu işlədiyi Schlosspark xəstəxanasında mühazirə oxuyarkən hücuma məruz qalıb. Fritz von Vaytszekker aldığı bıçaq xəsarətindən ölüb. Polis mühazirədə iştirak edənlərin köməyi ilə hücum edən şəxsi saxlayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Fritz Vaytszekkerin tibb sahəsində uzunmüddətli karyerası olub. Belə ki, o, 2005-ci ildə Schlosspark xəstəxanasında işləməyə başlamazdan əvvəl Freyburq, Boston və Zürixdə işləyib.

Fritz 1984 – 1994-cü ildə Almaniya prezidenti olmuş və 2015-ci ildə vəfat edən Rixard von Vaytszekkerin 4 övladından biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR