İran hökuməti etiraz aksiyalarında insan ölümlərini etiraf edib

img

18-11-2019 [16:27]


İranda benzinin bahalaşması ilə bağlı baş verən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı ölüb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında hökumət sözçüsü Əli Rəbei bildirib.

"Təəssüf ki, son bir neçə gündə iğtişaşlar da baş verib. Mühafizə qüvvələrinin bir neçə əməkdaşı hücuma məruz qalaraq əzabkeş kimi həlak olublar”, - deyə hökumət rəsmisi qeyd edib.

"Bəzi şəhərlərdə hərbi və təhlükəsizlik qüvvələrinə odlu və soyuq silahlar tətbiq olunmaqla dəfələrlə hücumlar törədilməsi barədə məlumatlar əlimizdə var. Biz həqiqi etirazçıları qarətçilərdən, habelə təxribatçılardan fərqləndiririk, bunların etdikləri terror aktlarıdır... Biz etirazı xalqın hüququ olaraq tanıyırıq, lakin etirazçılarla təxribatçılar tamam fərqlidir, halbuki biz həqiqi etirazçıların səsinin eşidildiyi ab-hava yaratmaq istəyirik”, - hökumət sözçüsü vurğulayıb.

Noyabrın 15-də İranda benzinin qiyməti 15 min rialdan (0,99 dollar) 30 min rialadək, adambaşına kvota çərçivəsində isə 50 faiz, 15 min rialadək qaldırılıb. Yeni qaydalara görə hər avtomobil sahibinə kvota çərçivəsində ayda 60 litr, motosikl sahibinə isə ayda 25 litr benzin düşür. Ertəsi gün ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Yerli KİV-ə görə, bu aksiyaların bəziləri dinc keçsə də, bəziləri iğtişaşlarla nəticələnib.

Digər xəbərlər
SON XƏBƏRLƏR