İlham Əliyev Xalq artistinə 3 otaqlı mənzil verdi

img

15-11-2019 [16:05]


Prezident İlham Əliyev Xalq artisti Bilal Əliyevə mənzil hədiyyə edib.

Bu barədə  Xalq artisti məlumat verib.

Bilal Əliyev mənzilin açarlarının bu gün ona təqdim edildiyini bildirib:

"Bu gün məni çağırıb şəhərin gözəl bir yerindən üç otaqlı mənzilin açarlarını təqdim etdilər. Hədiyyəyə görə prezidentimizə təşəkkür edirəm.

60 illik yubileyimdə mənzil şəraitimin yaxşı olmadığını nəzərə alaraq, məni, ailəmi və sevənlərimi sevindirdi. Mənə göstərdiyi etimadı, çalışacam ki, ömür boyu doğruldum. Diqqətə görə təşəkkür edirəm”.

Qeyd edək ki, noyabrın 18-də  Bilal Əliyevin 60 yaşı tamam olacaq/Oxu.az. 

Digər xəbərlər
SON XƏBƏRLƏR