“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur” - Nuşirəvan Məhərrəmli

img

14-11-2019 [11:14]


"Bizim iradlarımızdan sonra telekanal rəhbərləri müəyyən addımlar atmağa çalışırlar. Amma çox təəssüf ki, teleseriallarda ölkədə həyat tərzi eybəcər formada göstərilir. Sanki Azərbaycan ailəsi ancaq belə olmalıdır”.

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, serial çəkənlər bu barədə yaxşı-yaxşı düşünməlidirlər: "Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA