Sabiq icra başçısı yeni vəzifəyə seçilib

img

10-11-2019 [17:10]


Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov yeni vəzifəyə seçilib.

O, bundan sonra Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsini tutacaq.

Sabiq məmur yeni vəzifəyə federasiyanın rəhbər vəzifələrinə keçirilən seçkilərdə seçilib.

Xatırladaq ki, T.Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.

T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Bu ilin fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA