Sabiq icra başçısı və şura sədri dələduzluq ittihamı ilə tutuldu

img

08-11-2019 [18:21]


Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Poti şəhərində xüsusi əməliyyat keçiriblər.

Əməliyyat zamanı dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinən Poti Şəhər Şurasının sədri və daha dörd şəxs saxlanılıb.

Saxlanılan şəxslərin üçü vəzifəli şəxs, digəri isə Potinin keçmiş meridir.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək həbs cəzası gözləyir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR