"Hazırda 14200 vakant iş yeri var" - ƏƏSMN rəsmisi

img

08-11-2019 [14:30]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında hazırda 14200 vakant iş yeri haqqında məlumat var.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə ixtisaslı işçi qüvvəsinə tələbat olduqca çoxdur: "Hazırda işəgötürənlərin mövcud bütün vakansiyaları elektron bazaya daxil etməsi üçün addımlar atılır. Hazırda təhlillər aparılır ki, ölkədə hansı ixtisaslar üzrə işçilərə daha çox tələbat var. Bu tələbat daha çox peşələr üzrədir. Artıq iş axtarışında olan və özünüməşğulluq proqramında iştirak üçün müraciət etmək istəyən şəxslər heç bir sənəd toplamadan, heç bir yerə getmədən "Məşğulluq" alt sistemi üzərindən müraciət edə biləcəklər".

A.Əliyev qeyd edib ki, işsiz şəxslərin əmək bazarına qaytarılması ilə bağlı xüsusi fərdi məşğulluq proqramları həyata keçiriləcək: "Bu proses yeni istifadəyə verilən "Məşğulluq" alt sistemində elektronlaşdırılıb".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR