Bakıda qadını maşınla vuran sürücü saxlanılıb

img

08-11-2019 [13:16]


Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, noyabrın 1-də Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini C.Quliyeva vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan başqa, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonunun Azadlıq prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Ləman İsmayılova vurulub və o, xəstəxanaya yerləşdirilib. 

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən "Mercedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayon sakini M.İsmayılov saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR